Şuşa şəhərində çox sayda tunellər aşkarlanıb.
Modern.az-ın məlumatına görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun baş direktoru Abbas Seyidov deyib.
Bildirilib ki, arxeoloqlar həmin ərazilərə təcili şəkildə ezam olunublar.
“Onların mahiyyətini, dövrünü araşdırırlar. Biz bütün digər məsələlərlə bağlı məlumatı 1-2 aydan sonra ictimaiyyətlə bölüşəcəyik”, - deyə professor qeyd edib.