Modern.az

Qətər İrəvanda səfirlik aça bilər - Xaçaturyan şeyxlə Qarabağdan danışdı

Qətər İrəvanda səfirlik aça bilər - Xaçaturyan şeyxlə Qarabağdan danışdı

23 May 2023, 16:28

Ermənistan prezidenti Vahaqn Xaçaturyan Qətər əmiri Şeyx Təmim bin Həməd Al Tani ilə görüşüb.

 

Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, görüş Xaçaturyanın Qətərə səfəri çərçivəsində baş tutub.

 

Bildirilib ki, görüş zamanı Qətərin İrəvanda səfirliyinin açılması perspektivləri müzakirə edilib. Xaçaturyan görüş zamanı Cənubi Qafqaz regional reallıqlarının təfərrüatları və Qarabağ barədə də danışıb.

 

Şeyx qeyd edib ki, o, proseslərin davamlı sülhün əldə olunması istiqamətində gedəcəyinin fərqindədir və buna ümid edir.

Bu xəbər ilə bağlı
Ermənistan prezidenti Qətərə gedir
Xəbəri oxu
Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi