Modern.az

Kolomina Paşinyanla müzakirələr apardı

Kolomina Paşinyanla müzakirələr apardı

23 May 2023, 16:35

NATO baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina Ermənistanın baş naziri Nikol Paşinyanla görüşüb.

 

Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, görüş Kolominanın İrəvana səfərdi çərçivəsində baş tutub.

 

Bildirilib ki, tərəflər Ermənistan-NATO əməkdaşlığı məsələlərini müzakirə ediblər. Eləcə də Cənubi Qafqazdakı regional məsələlər barədə fikir mübadiləsi aparılıb.

 

Kolomina bundan əvvəl Ermənistan XİN başçısı Ararat Mirzoyanla da görüşmüşdü. O, mayın 25-də Azərbaycana səfər edəcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi