Modern.az

Kommunistlərin seçki qərarı: “Milli Şuraya münasibət bildirmirik”

Kommunistlərin seçki qərarı: “Milli Şuraya münasibət bildirmirik”

4 İyul 2013, 15:17

“Partiya prezident seçkisində iştirak etmək üçün qəti qərar qəbul edib. Ancaq seçkilərdə iştirakın müxtəlif formaları var”. Bunu Modern.az saytına açıqlamasında Azərbaycan Kommunist Partiyasının sədri Rauf Qurbanov prezident seçkisində iştirak etməklə bağlı sualları cavablandırarkən deyib. O bildirib ki, Mərkəzi Komitənin mart plenimumuna uyğun olaraq partiyanın rəhbər orqanları şəhər və rayonlarda görüşlər keçirir. “Bununla da seçki qabağı mühit təhlil olunur” deyən partiya sədri qeyd edib ki, yaxın zamanda da Qərb bölgəsinə səfəri zamanı görüşlər keçirəcək. “Bütün bunlar Mərkəzi Komitənin Bürosunda təhlil olunaraq yekun qərar veriləcək. Əgər Kommunist Partiyası hər hansı formada seçkidə iştirak etməklə bağlı qərar çıxarsa onu da icra edəcəm. Hələ bu barədə dəqiq qərara gəlməmişik”.

R. Qurbanov yeni yaradılmış və vahid namizədini müəyyənləşdirən Milli Şura haqqında öz münasibətini bildirib.  “Milli Şuradan bizə orda təmsil olunmaq üçün heç bir təklif gəlməyib. Əgər təklif gəlsə biz onu müzakirə edib münasibət bildirərik”-deyən  partiya sədri partiya sədri hər bir siyasi partiya və təşkilata seçkilərdə uğur arzuladığını da vurğulayıb.

“Kommunist partiyası olaraq Milli Şura ilə bağlı məsələyə birmənalı fikir bildirmirik. Nüfuzlu partiyaların Milli Şurada təmsil olunması həmin birliyin perspektivi haqqında dəqiq proqnoz verməyə əsas vermir.

Ancaq Milli Şurada təmsil olunmadığıma görə orda qəbul olunmuş qərar və edilən müzakirələr haqqında konkret fikir söyləyə bilmərəm. Hər bir siyasi birliyə opponent olaraq hörmətlə yanaşılmalıdır. Seçkilərin nəticəsi isə yaradılmış blokları perspektivini ortaya qoyacaq”.  

 Aqşin Kərimov

Sizə yeni x var
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı