Almaniya kansleri Olaf Şolts Ukraynanın müharibə başa çatdıqdan sonra Avropa İttifaqına daxil olacağını bildirib.
Modern.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, Şolts bunu tarix səhifəsinin dəyişməsi kimi xarakterizə edib.
"Qitəmizin tarixində acı bir səhifə azad Ukraynanın Avropa İttifaqına tamhüquqlu üzv kimi qoşulması ilə başa çatacaq", - Şolts bildirib.
Bir müddət əvvəl Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borel bildirmişdi ki, Ukrayna “Avropa İttifaqına daxil olmaq üçün unikal şansı” əldən verməməkdən ötrü islahatlar prosesini sürətləndirməli və Avropa standartlarına keçməlidir.