Modern.az

Sumqayıtda yanğın - 1 nəfər xilas edildi 

Sumqayıtda yanğın - 1 nəfər xilas edildi 

Hadisə

23 May 2023, 18:53

Sumqayıt şəhərində yanğın olub.

 

Modern.az xəbər verir ki, bu barədə FHN-in saytında məlumat verilib.

 

Beşmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində ümumi sahəsi 70 m² olan 3 otaqlı mənzilin 1 otağında 1 ədəd divan yanıb, yüksək temperaturdan mənzilin divarları qarsalanıb.

 

Yanğın zamanı 1 nəfər yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Mənzil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər