Modern.az

NATO olmadan Kiyev qələbə qazana bilməyəcək - Orban

NATO olmadan Kiyev qələbə qazana bilməyəcək - Orban

23 May 2023, 21:13

Ukrayna NATO qoşunlarının birbaşa iştirakı olmadan qələbə qazana bilməyəcək. 

 

Modern.az xəbər verir ki, bunu Qətərdə keçirilən iqtisadi forumda Macarıstanın baş naziri Viktor Orban deyib.

 

Onun fikrincə, münaqişəni gərginləşdirmək əvəzinə, sülh yolu ilə həlli imkanlarına diqqət yetirmək lazımdır.

 

“NATO-nun qoşun göndərməyə hazır olmadığını nəzərə alsaq, ukraynalıların qalib gəlmək imkanı olmadığı açıq-aydın görünür. Bu, mənim mövqeyimdir, mən həmişə hamıya təklif etmişəm ki, müharibəyə daha da çox qarışmaq əvəzinə, eskalasiyanı dayandırmalı və sülh danışıqlarının tərəfdarı olmalıyıq”, - Orban bildirib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?