Modern.az

Gültəkin Hacıbəylinin oğlunu əlindən alırlar - Məhkəmə qərar verdi

Gültəkin Hacıbəylinin oğlunu əlindən alırlar - Məhkəmə qərar verdi

4 İyul 2013, 16:40

Bu gün Nəsimi rayon məhkəməsi sabiq deputat Gültəkin Hacıbəyli ilə bağlı qərar qəbul edib. 

"Azadlıq" qəzetinin məlumatına görə, məhkəmə 2,3 və 4 iyul tarixində keçirilmiş iclaslarının yekunu olaraq hakim Etibar Hümbətov keçmiş millət vəkili, Ziyalılar Forumu Koordinasiya Şurasının üzvü, Milli Şuranın Beynəlxalq əlaqələr komissiyasının sədri Gültəkin Hacıbəylinin 9 yaşlı oğlu Toğrulun anasından alınaraq atası Mahmud Mehdiyevə verilməsilə bağlı qətnamə çıxarıb. 

Xatırladaq ki, bir müddət əvvəl Mahmud Mehdiyev mətbuat konfransı keçirərək Gültəkin Hacıbəylinin əleyhinə bəyanatlar vermişdi.

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı