Modern.az

YUNESKO “Böyük İpək Yolu”nu rəsmi siyahısına daxil edib

YUNESKO “Böyük İpək Yolu”nu rəsmi siyahısına daxil edib

4 İyul 2013, 17:02

YUNESKO “Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqını rəsmi olaraq özünün “İpək Yolu layihəsi”çərçivəsində əməkdaşlıq etdiyi təşkilatların siyahısına daxil edib. Bu barədə təşkilatın mətbuat xidmətindən məlumat verilib. Nüfuzlu beynəlxaq təşkilatın bu layihəsi indiyə qədər yalnız 10 təşkilatı özünün rəsmi məlumat bazasına daxil edib. “Böyük İpək Yolu” BGİ bununla  da YUNSEKO tərəfindən tanınan növbəti qurum olub.

Qeyd edək ki, BMT-nin təhsil, elm və mədəniyyət məsələləri üzrə təşkilatı – YUNESKO  tarixi "İpək yolu” ilə bağlı layihələrində

dünya sivilizasiyaları tarixinin inteqral araşdırılması, Şərq və Qərb arasında sıx mədəni əlaqələrin yeni düzəndə bərpası, Avrasiya kontinentindəki dövlətlərin və xalqların qarşılıqlı münasibətlərinin dərinləşdirilməsi nəzərdə tutur. Dünya ictimaiyyəti Böyük İpək yolu intibahını planetin Şərq yarımkürəsindəki sivilizasiyaların iki minillik dialoqunun təzələnməsi və daha geniş qlobal məkana açılması kimi dəyərləndirir. Bu yolun üzərində və qollarında dünya mədəniyyətinin ən möhtəşəm maddi və mənəvi abidələri yaradılıb.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı