Modern.az

Ermənistan parlamentində Xocalı etirafı

Ermənistan parlamentində Xocalı etirafı

4 İyul 2013, 18:06

Moldovalı vəkil Aureliya Qriqoriu Ermənistan parlamentində məruzəsi zamanı bəyan edib ki, Xocalıda soyqırımı ermənilər törədib və bu, beynəlxalq ictimaiyyətin tanıdığı faktdır. Bu barədə Trend Ermənistan KİV-ə istinadən məlumat verir.

Moldovanın parlament vəkili (ombudsman) bildirib: "Ermənistan Azərbaycan torpaqlarının 20 faizini işğal edib və azərbaycanlılara qarşı soyqırım törədib".

Zalda əyləşən forumun bir sıra iştirakçıları moldovalı vəkili alqışlayıblar.

Qeyd edək ki, moldovalı vəkil Ermənistan parlamentində keçirilən Ümumavropa konfransında "Dondurulmuş münaqişə zonalarında insan hüquqlarının qorunması" adlı məruzə ilə çıxış edib.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı