Modern.az

“Əgər Gültəkin Hacıbəyli narkomandırsa, o halda uşaq ondan alına bilər”- HÜQUQİ ŞƏRH

“Əgər Gültəkin Hacıbəyli narkomandırsa, o halda uşaq ondan alına bilər”- HÜQUQİ ŞƏRH

4 İyul 2013, 18:24

Məhkəmə ana narkoman, cinayətkar olduğu halda belə qərar çıxara bilər”. Bunu Uşaq Hüquqlarının Müdafiəsi Liqasının sədri Yusif Bəkirov Gültəkin Hacıbəylinin 9 yaşlı oğlu Toğrulun anasından alınaraq atası Mahmud Mehdiyevə verilməsilə bağlı məhkəmə qərarına münasibət bildirərkən deyib.
O, Modern.az saytına bildirib ki, məhkəmə heç vaxt əsasız səbəbə görə, qərar çıxara bilməz.

  “Ümumiyyətlə, azyaşlının anasından alınıb atasına verilməsi ananın narkoman, cinayətkar olduğu halda baş verir. İndi burada hansı səbəbdən 9 yaşlı uşağın anasının himayəsindən alınaraq atasına verilməsinin səbəbi bilinməlidir. Deyə bilmərəm ki, məhkəmə qərarı qərəzlidir, ya yox. Əgər qarşı tərəf çıxarılan qərarla razılaşmırsa, onda Apelyasiya Məhkəməsinə müraciət edə bilər”.  

Qeyd edək ki,bu gün Nəsimi rayon Məhkəməsi sabiq deputat Gültəkin Hacıbəylinin 9 yaşlı oğlu Toğrulun anasından alınaraq atası Mahmud Mehdiyevə verilməsilə bağlı qətnamə çıxarıb. Hələ bir müddət əvvəl Mahmud Mehdiyev mətbuat konfransı keçirərək Gültəkin Hacıbəylinin əleyhinə bəyanatlar vermişdi.

Qeyd edək ki, G.Hacıbəyli ilə M.Mehdiyev əvvəllər evli olublar, 2004-cü ildə boşanıblar.

Gültəkin ƏLƏSGƏR   
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı