Qırğızıstan və Tacikistan sərhədyanı ərazilərə PUA buraxmamaq barədə razılığa gəliblər.
Modern.az xəbər verir ki, bu barədə "Sputnik" yazıb.
Bu məsələni Qırğızıstanın Batken vilayətinin rəhbəri Abdikərim Alimbayev və Tacikistanın Soqd vilayətinin başçısı Racobboy Əhmədzoda bugünkü görüşdə müzakirə ediblər.
Həmçinin sərhəddə sülhün qorunması, təxribatlara yol verilməməsi, qarşılıqlı razılaşma əsasında sudan istifadə edilməsi barədə razılığa gəlinib.