Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ferqus Auld münaqişələr barədə tədbirə qatılıb.
Modern.az xəbər verir ki, diplomat bu barədə tviter səhifəsində paylaşım edib.
"Münaqişələrin artdığı və dəyişkən dünyada çağırışlara cavab vermək üçün Böyük Britaniya hökumətinin qəbul etdiyi strategiya ilə bağlı təqdimat etdim. Dinləyicilər mənə xeyli maraqlı suallar verdilər. ADA Universitetinə və İnkişaf və Diplomatiya İnstitutuna təşkilatçılıq üçün təşəkkürlər!", - səfir qeyd edib.
Münaqişələrin artdığı və dəyişkən dünyada çağırışlara cavab vermək üçün Böyük Britaniya hökümətinin qəbul etdiyi strategiya ilə bağlı təqdimat etdim. Dinləyicilər mənə xeyli maraqlı suallar verdilər. @ADAUniversity və @IDD_ADA –a təşkilatçılıq üçün təşəkkürlər! pic.twitter.com/ZSazvPND0J
— FergusAuldFCDO (@FergusAuldFCDO) May 24, 2023