Modern.az

Hesabat verməyən qurumların SİYAHISI

Hesabat verməyən qurumların SİYAHISI

24 May 2023, 12:04

Qanunvericilikdə müəyyən edilmiş hesabat formalarını müvafiq tarixədək Hesablama Palatasına təqdim etməyən qurumlar müəyyənləşib.

 

Modern.az xəbər verir ki, bu barədə Hesablama Palatasının "2022-ci ilin dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinə və "2022-ci ilin dövlət büdcəsinin icrasına dair illik hesabata" verdiyi rəydə bildirilib.

 

Həmin qurumlar aşağıdakılardır:

 

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi

“Mir” Dövlətlərarası Teleradio Şirkətinin Azərbaycan Milli Nümayəndəliyi

Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti

“BakuBus” MMC “Aqroservis” Açıq Səhmdar Cəmiyyəti

Beynəlxalq Muğam Mərkəzi

“Bakı Kristal Zalı” MMC

“Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi” PHŞ

“Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi” PHŞ

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin "Elektron Hökumətin İnkişafı Mərkəzi" PHŞ

 

Qeyd olunub ki, dövlət müəssisələri (MMC, ASC,QSC və s.) tərəfindən büdcənin icrası ilə bağlı aidiyyəti hesabatlar bəzi hallarda təqdim edilmir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sərhəddə atışma oldu, erməni hərbçi belə öldürüldü