Modern.az

Paytaxt sakini iki nazirliyi ayağa qaldırdı

Paytaxt sakini iki nazirliyi ayağa qaldırdı

4 İyul 2013, 18:43

Bakının Səbail rayonunda həyəcanlı anlar yaşanıb. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, qurulum “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Səbail rayonunda, vətəndaş intihara cəhd məqsədi ilə dördmərtəbəli binanın damına çıxıb. Dərhal Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə fəaliyyət nəticəsində intahara cəhdin qarşısı alınıb. Əməliyyat saat 15:47-də başa çatıb.

Modern.az 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı