Modern.az

Büdcə hesabatlarında uyğunsuzluq AŞKARLANDI

Büdcə hesabatlarında uyğunsuzluq AŞKARLANDI

24 May 2023, 12:20

Büdcədənkənar xərclərlə bağlı hesabatlarda bir sıra uyğunsuzluqların olduğu müəyyən edilib.

 

Modern.az xəbər verir ki, bu barədə Hesablama Palatasının "2022-ci ilin dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinə və "2022-ci ilin dövlət büdcəsinin icrasına dair illik hesabata" verdiyi rəydə bildirilir.

 

Hesablama Palatası tərəfindən dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar vəsaitlərdən istifadə barədə təqdim etdikləri hesabatlarda və Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 15 may tarixli 72 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Maliyyə Nazirliyinin dövlət qurumlarına təqdim etdiyi hesabatların formaları və onların təqdim edilməsi Qaydası”na 11 nömrəli əlavədə əks etdirilmiş məlumatlar üzləşdirilməklə 680,5 milyon manatı əhatə edən büdcədənkənar xərclər nəzərdən keçirilib ki, bu da ilin sonuna icra edilmiş büdcədənkənar xərclərin 90,3%-ni təşkil edir.

 

Qeyd edək ki, dövlət büdcəsində ayrıca sətirlə əks olunan bəzi qurumların büdcədənkənar xərcləri tabe olduğu mərkəzi icra hakimiyyəti orqanının büdcədənkənar xərclərinə aid edilib. Eyni zamanda, bəzi büdcə təşkilatlarının müvafiq xidmətlərin göstərilməsindən əldə etdikləri gəlirlər büdcədənkənar gəlirlərin smetasında nəzərə alınmayıb.

 

Bundan əlavə, qurumlar tərəfindən təqdim edilmiş məlumatların təhlili göstərir ki, bəzi hallarda büdcə təşkilatının ödənişli xidmətlərdən əldə etdiyi daxilolmalar dövlət büdcəsinin gəlirlərində tam tanınmır. Belə ki, bəzi hüquqi aktlar büdcədənkənar vəsaitlərin istifadəsi ilə bağlı konkret şərtləri müəyyən edir ki, bu da həmin əməliyyatların uçotu ilə bağlı sualların yaranmasına səbəb olur.

Twitter
Sizə yeni tvit var
Keçid et
Azərbaycanlı tələbə TRAMPIN vurulmasını lentə aldı