Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunda çıxış edən məşhur futbolçu Kriştiano Ronaldo “Əl-Şəbab Ər-Riyad” ilə matçda komandasına qələbə qazandıran qolu vurduqdan sonra səcdə edib.
Modern.az xarici KİV-ə istinadən bildirir ki, portuqaliyalı ulduz futbolçunun səcdə etməsini komanda yoldaşları alqışlarla qarşılayıb. Həmin anının görüntüləri sosial şəbəkədə gündəm olub.
Qeyd edək ki, görüş “Əl-Nəsr” klubunun 3:2 hesablı qələbəsi ilə başa çatıb.