Modern.az

Prezident kombayn almaq üçün 15 milyon ayırdı

Prezident kombayn almaq üçün 15 milyon ayırdı

Təhsil

4 İyul 2013, 18:49

Prezident İlham Əliyev kənd təsərrüfatı məhsulları istehsalçılarının kənd təsərrüfatı texnikası ilə təminatına əlavə dəstək haqqında sərəncam imzalayıb. Modern.az Prezidentin rəsmi saytına istinadən xəbər verir ki, ölkə başçısının sərəncamına əsasən, Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təmin edilməsi, ərzaq məhsulları istehsalının artırılması, istehlakda idxaldan asılılığın azaldılması üçün aqrar sahəyə dövlət dəstəyinin bundan sonra da davam etdirilməsi öz aktuallığını saxlamaqdadır. İri taxılçılıq təsərrüfatlarının yaradılması, ehtiyatda olan torpaq sahələrinin dövriyyəyə cəlb edilməsi, eyni zamanda istismarda olan taxılyığan kombaynların əksəriyyətinin mənəvi və fiziki cəhətdən köhnəlməsi əlavə taxılyığan kombaynların alınmasını zəruri edib.

Taxılçılıqla məşğul olan kənd təsərrüfatı məhsulları istehsalçılarının bu il taxılyığan kombaynlara ehtiyacını təmin etmək üçün 2013-cü ilin dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinə 15,0 (on beş) milyon manat ayrılıb.

Modern.az 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı