Modern.az

“Neftçi”nin kapitanı Cənubi Koreya klubu ilə anlaşıb?

“Neftçi”nin kapitanı Cənubi Koreya klubu ilə anlaşıb?

İdman

24 May 2023, 17:32

"Neftçi" futbol klubunun kapitanı, Azərbaycan millisinin oyunçusu Emin Mahmudovun Cənubi Koreya klubu ilə razılığa gəlməsi barədə xəbərlər yayılıb.

 

Modern.az xəbər verir ki, "football.az" saytının iddiasına görə, "ağ-qaralar"ın kapitanı karyerasını "Daejoon Sitizen" klubunda davam etdirəcək.

 

Qeyd edək ki, Azərbaycan millisinin digər oyunçusu Anton Krivotsyuk da Cənubi Koreyanın sözügedən klubunda çıxış edir. Bildirilir ki, Mahmudov "Neftçi"nin təklifinə "yox" deyib. "Ağ-qaralar" kapitana illik 350.000 dollarlıq müqavilə təklif etsə də, Asiyada Eminin qazancı daha çox olacaq. Belə ki, "Daejoon Sitizen"da futbolçu ilinə 750.000 dollar qazanacaq. Müqavilə müddəti 2,5 il təşkil edəcək", - deyə məlumatda qeyd olunur.

 

"Ağ-qaralar"ın kapitanı mövzuyla bağlı "FutbolPress"ә açıqlamasında Cənubi Koreya klubuna transfer məsələsinin gündəmdə olmadığını deyib: "Belə bir məsələ gündəmdə deyil. Heç bir klubla danışıq aparmamışam".

 

31 yaşlı futbolçunun "Neftçi" ilə müqaviləsi iyunun 30-na qədərdir. O, bu mövsüm 43 oyunda 18 qol, 11 məhsuldar ötürmə ilə yadda qalıb.

 

Xatırladaq ki, bundan əvvəl millimizin hücumçusu Ramil Şeydayev Asiya qitəsinin sayılıb-seçilən klublarından olan "Buriram Yunayted" (Tailand) ilə anlaşıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü