Modern.az

Bakıda qohumlar arasında silahlı İNSİDENT

Bakıda qohumlar arasında silahlı İNSİDENT

Hadisə

24 May 2023, 18:32

Mayın 24-də saat 18 radələrində paytaxtın Qaradağ rayonu Lökbatan qəsəbəsində qohumlar arasında şəxsi münasibətlər zəminində silahlı mübahisə olub. 

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Modern.az-a bildirilib ki, 1967-ci il təvəllüdlü Əlməhəmməd Orucovu ov tüfəngindən atəş açmaqla xəsarət yetirməkdə şübhəli bilinən 1998-ci il təvəllüdlü Rəşad Cəfərov polisin əməkdaşlarının keçirdiyi tədbirlərlə müəyyən olunaraq saxlanılıb.

 

Ondan özünə məxsus cinayət aləti olan ov tüfəngi aşkar olunaraq götürülüb. 

 

Ə.Orucov xəstəxanaya yerləşdirilib. 

 

Araşdırma aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər