Modern.az

Baxmut döyüşlərində 20 min “Vaqner”çi ölüb - Priqojin

Baxmut döyüşlərində 20 min “Vaqner”çi ölüb - Priqojin

24 May 2023, 19:35

Rusiyanın "Vaqner" muzdlu qruplaşması Baxmut uğrunda döyüşlərdə 20 min itki verib.

 

Modern.az xəbər verir ki, bu barədə qruplaşmanın lideri Yevgeni Priqojin məlumat verib.

 

O qeyd edib ki, ölənlər əsasən "Baxmut"a cəlb edilən məhbuslar da olub.

 

"Əməliyyat zamanı mən 50 min məhbus seçdim, onlardan təxminən 20 faizi öldü. Müqavilə ilə bizə gələnlərlə tam eyni sayda öldülər", - Priqojin deyib.

 

Qeyd edək ki, ABŞ Rusiyanın Bamxut uğrunda döyüşlərdə 100 min itki verdiyini bildirib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Paşinyandan gözlənilməz addım - Azərbaycanı təbrik etdi