Modern.az

Gədəbəydə partlayış - Yaşlı qadın yaralandı 

Gədəbəydə partlayış - Yaşlı qadın yaralandı 

Hadisə

24 May 2023, 21:51

Gədəbəydə partlayış baş verib.

 

Modern.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Arıqdam kəndində qeydə alınıb.

 

1950-ci il təvəllüdlü Rahilə Quliyeva yanıq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Qadına tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bidlirilir.

 

Məlumata görə qadın yaşadığı evdə qaz partlaması nəticəsində xəsarət alıb. Faktla bağlı araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal