Norveç ukraynalı pilotların F-16 qırıcılarında təliminə dəstək verəcək.
Modern.az xəbər verir ki, bu barədə Norveçin müdafiə naziri Byorn Arild Qram məlumat verib.
O, hökumətin Ukraynanı F-16 qırıcıları ilə təmin edib-etməyəcəyinə hələ qərar vermədiyini bildirib. "Hökumət bu təşəbbüsü dəstəkləyir, Norveçin müttəfiqlərimiz və tərəfdaşlarımızla birlikdə necə kömək edə biləcəyini düşünür", - nazir deyib.
Xatırladaq ki, ABŞ prezidenti Co Bayden Ukrayna Silahlı Qüvvələri üçün F-16 pilotlarının hazırlanması proqramını təsdiqləyib.
Böyük Britaniya və Polşa daha əvvəl ukraynalı pilotların təliminə başlamağa hazır olduqlarını bəyan ediblər.