Modern.az

Professor Elçin İsgəndərzadə Avropanın Fəxri Alimi diplomu ilə təltif edildi

Professor Elçin İsgəndərzadə Avropanın Fəxri Alimi diplomu ilə təltif edildi

Təhsil

5 İyul 2013, 09:49

Almaniyanın Hanover şəhərində fəaliyyət göstərən Avropa Təbiət Elmləri Akademiyası və Avropa Elmi Cəmiyyətinin Rəyasət Heyətlərinin birgə qərarı ilə texnika və filologiya elmləri doktoru, professor Elçin İsgəndərzadə Avropanın Fəxri Alimi diplomuna layiq görülüb və Q.V.Leybnis medalı ilə təltif edilib.  

Görkəmli alim  bu fəxri ada Avropanın bir sıra universitet və akademiyaları ilə qarşılıqlı əməkdaşlıq nəticəsində nail olduğu uğurlara görə layiq görülüb. 47 ixtira müəllifi olan alimin indiyədək Almaniya, İngiltərə, Yunanıstan, Bolqarıstan, Makedoniya, İtaliya və digər ölkələrdə kitabları və elmi məqalələri yayınlanıb.

Xatırladaq ki, E.İsgəndərzadə 2010-cu ildə İtaliya Akademiyası və Roma şəhər meriyasının qərarı ilə “Roma şəhərinin Fəxri Alimi” adına layiq görülüb və xatirə medalı ilə təltif olunub.





Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...