Qətərlə Ermənistan yüksək texnologiyalar sahəsində əməkdaşlıq edəcək

Qətərlə Ermənistan yüksək texnologiyalar sahəsində əməkdaşlıq edəcək

25 May 2023, 10:20

Ermənistan və Qətər yüksək texnologiyalar sahəsində əməkdaşlığı inkişaf etdirəcək.

 

Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, Qətərə səfəri çərçivəsində Ermənistan prezidenti Vahaqn Xaçaturyan bu ölkənin rabitə və informasiya texnologiyaları naziri Məhəmməd bin Əli Əl Mannai ilə birgə proqramların həyata keçirilməsi imkanlarını müzakirə edib.

 

Qeyd edək ki, Xaçaturyan səfər zamanı Qətər əmiri Şeyx Təmim bin Həməd Al Tani ilə görüşüb. Onun verdiyi ziyafətə qatılıb.

 

Həmçinin Qətərin İrəvanda səfirlik açması mövzusu müzakirə olunub.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bu video erməniləri dəli etdi -Azərbaycanalı ekspert İrəvandakı evində