Modern.az

ABŞ səfəri Milli Şuranı çaş-baş saldı

ABŞ səfəri Milli Şuranı çaş-baş saldı

Təhsil

5 İyul 2013, 10:10


Milli Şura rəhbərliyinin ABŞ-a planlaşdırılan səfərinin vaxtı kimi, səfərdə iştirak edəcək şəxslərin kimliyi də bəlli deyil. Bu barədə Modern.az-a danışan Milli Şura üzvü Zəfər Quliyev səfərdə kimlərin iştirak edəcəyinin hələlik məlum olmadığını bildirib. Onun sözlərinə görə, Milli Şura bu məsələ ilə bağlı müzakirə aparacaq.

“Hələlik bilinmir, Amerika səfərinə kimlər gedecək. Bu müzakirə olunacaq. Ondan sonra dəqiq bilinəcək ki, Amerikaya kim gedəcək, kim yox. Mətbuata da bununla bağlı açıqlama veriləcək”-deyə Z.Quliyev bildirib.

Qeyd edək ki, Milli Şuranın söz-söhbətli Amerika səfərinin iyulun sonlarında, ayın 20-dən sonra baş tutacağı gözlənilir. Səfərdə Milli Şura sədri Rüstəm İbrahimbəyov, AXCP, Müsavat Partiyasının, “EL” hərəkatının nümayəndəsi və Milli Şuranın Beynəlxalq əlaqələr komissiyasının sədrinin də iştrak edəcəyi planlaşdırılıb.

Anar RÜSTƏMOV
 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...