Peskov Putin-Əliyev-Paşinyan görüşündən DANIŞDI

Peskov Putin-Əliyev-Paşinyan görüşündən DANIŞDI

Dünya

25 May 2023, 11:52

"Putin bu gün Paşinyan və Əliyevlə ayrı-ayrılıqda ikitərəfli görüşlər keçirəcək".

 

Modern.az TASS-a istinadən xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.

 

"Daha sonra üçtərəfli danışıqlar olacaq", - o əlavə edib.

 

Qeyd edək ki, bu gün Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistan Baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş keçiriləcək. Tərəflər Moskvada bir araya gələcəklər. 

 

Liderlərin görüşündə sülh prosesi əsas müzakirə mövzusu olacaq. 

 

Qeyd edək ki, Prezident İlham Əliyev və Paşinyan Avropa İttifaqının vasitəçiliyi ilə mayın 14-də Brüsseldə görüşüb. Növbəti görüşün iyunun 1-də Moldovada keçiriləcəyi gözlənilir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukrayna irəlilədi: Rusiya bir gündə şok itki verdi