Xorvatiya Respublikasının Parlamentinin sədri İosip Leko iyulun 5-də Azərbaycana səfərə gəlib. Modern.az-ın məlumatına görə, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov və digər rəsmi şəxslər qarşılayıblar.
Xorvatiyalı spiker jurnalistlərə açıqlamasında səfər məqsədinin Azərbaycanın və Xorvatiyanın qanunverici orqanları arasında və digər sahələrdə əlaqələrin inkişafına dair məsləhətləşmələr aparmaq olduğunu bildirib.
“Ölkələrimiz arasında çox güclü dostluq əlaqələrinin mövcudluğunu nümayiş etdirir. Azərbaycanın və Xorvatiyanın parlamentlərində dostluq qrupları fəaliyyət göstərir. Hər iki tərəf bu qruplar arasındakı əlaqələrin genişləndirilməsində maraqlıdır”.
Səfər çərçivəsində Xorvatiya Respublikasının Parlamentinin sədrinin Azərbaycan rəsmiləri ilə bir sıra görüşləri nəzərdə tutulub.
Modern.az