Modern.az

Prezidentliyə namizəd ABŞ konqresmenləri ilə görüşüb

Prezidentliyə namizəd ABŞ konqresmenləri ilə görüşüb

Təhsil

5 İyul 2013, 11:26

Azərbaycanda prezidentliyə namizəd, millət vəkili, Ümid Partiyasının sədri İqbal Ağazadə ölkəmizdə səfərdə olan ABŞ Helsinki Komissiyası nümayəndə heyətinin üzvləri görüşüb. Nümayəndə heyətinin tərkibinə senatorlar Rocer Uiker və Maykl Krappo, konqresmenlər Kristofer Smit, Robert Aderfolt, Dok Xastinqs daxildir. Qeyd edək ki, heyətə senator Rocer Uiker və KristoferSmit rəhbərlik edir.

Görüşdə Azərbaycandakı mövcud ictimai-siyasi vəziyyət və qarşıdan gələn prezident seçkiləri ilə bağlı fikir mübadiləsi aparılıb .

Modern.az 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...