Modern.az

“Çelsi” ən çox pul xərcləyən klubdur

“Çelsi” ən çox pul xərcləyən klubdur

İdman

25 May 2023, 14:06

Avropanın ən çox pul xərcləyən 10 futbol klubunun adı açıqlanıb.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, yanvardan etibarən ən çox pul xərcləyən 10 Avropa klubundan 9-u İngiltərə Premyer Liqasında çıxış edir.

 

Cədvələ “Çelsi” klubu başçılıq edir. Komanda 329,5 milyon avro xərcləyib. İlk üçlüyü “Sauthempton” (63,25 milyon avro) və “Arsenal” (60,3 milyon) komandaları tamamlayıblar.

 

İlk onluqda yer alan yeganə Fransa klubu “Marsel” 40 milyon avro xərcləyərək səkkizinci yerdə qərarlaşıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü