Modern.az

Vitse-spiker: “Boş-boş sözlərlə insanları doyurmaq olmaz”

Vitse-spiker: “Boş-boş sözlərlə insanları doyurmaq olmaz”

Təhsil

5 İyul 2013, 11:43


“Ermənistanın rəhbərliyi erməni xalqının taleyini düşünsəydi, Azərbaycanla dostluq əlaqələrinə üstünlük verməli idi. Çünki Azərbaycanla dostluq əlaqələri qurulsaydı və Ermənistan bu layihələrdə iştirak etsəydi, bundan bəhrələnə bilərdi”. Modern.az-ın məlumatına görə, bu fikiləri Milli Məclisin vitse-spikeri Valeh Ələsgərov hakim partiyanın saytına verdiyi münasibəsindən bildirib.

Vitse-spikerin sözlərinə görə, Ermənistan dövləti əgər işğalçılıq siyasətinə son qoysa vəziyyət dəyişəcək:

“İnsanlar üçün önəmli məqam ilk növbədə sosial rifahdır, yüksək həyat şəraitidir. Əgər bu şərait yoxdursa, boş-boş sözlərlə insanları doyurmaq, çörək vermək olmaz. Ermənistanda isə vəziyyət hazırda bü cürdür.

Ermənistan dövləti əgər işğalçılıq siyasətinə son qoysa, Azərbaycan torpaqlarını azad etsə və bir milyondan çox azərbaycanlı öz yurdlarına qayıtsa vəziyyət başqa cür olacaq. Yəni bundan sonra Ermənistan enerji və başqa layihələrdə iştirak edə bilər. Nə qədər gülünc olsa da, bu gün işğalçı dövlət münaqişənin həll edilməməsinə görə Azərbaycanı ittiham edir. Ermənistanın rəhbər şəxsləri ölkəmizi güc tətbiq etmək cəhdlərində, qarşılıqlı etimadın yaradılmamasında və s. ittiham etməyə çalışır.  Ermənistan işğalçılıq siyasətinə son qoyduqdan sonra Azərbaycanla əməkdaşlıq və enerji, nəqliyyat, eləcə də digər layihələrdə iştirak edə bilər. Əgər bu rellığı anlasalar, erməni xalqı ağır sosial-iqtisadi böhrandan xilas olacaq”-deyə V.Ələsgərov vurğulayıb.

Modern.az

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...