Modern.az

“İctimai Palatanın taleyi şübhə altına alına bilməz”- AÇIQLAMA

“İctimai Palatanın taleyi şübhə altına alına bilməz”- AÇIQLAMA

Təhsil

5 İyul 2013, 11:49

“İctimai Palata öz formatında fəaliyyət göstərir. Milli Şura yarananda belə bir fikir var idi ki, İctimai Palata buraxılmalıdır. Amma sonradan bu fikir özü-özünə aradan qalxdı”. Bunu Modern.az-a açıqlamasında İP Koordinasiya Şurasının üzvü Vidadi Mirkamal deyib. O, qurumun fəaliyyət perspektivini şərh edərkən bildirib ki, İP-nin qırxa yaxın vicdan məhbusu var və altmışdan çox rayonda strukturu olduğundan onun taleyi şübhə altına alına bilməz.

İP rəsmisi qeyd edib ki, Milli Şura v ə İctimai Palata hərəsi səlahiyyətləri çərçivəsində öz fəaliyyətini davam etdirir. “İctimai Palata sadəcə olaraq Milli Şuranın qərarlarının icrasında çox böyük rol oynaya bilər. Bu mənada hər iki təşkilatın fəaliyyəti bir-birinə mane olmur”. Koordinasiya Şurasının üzvü onu da əlavə edib ki, Milli Şura ilə İP-nin mövcudluğu bir-birinə kömək edə bilər.

Xatırladaq ki, Milli Şura iyunun 7-də yaradılıb. Milli Şura üzvləri olan aparıcı müxalifət liderləri – Müsavat başqanı İsa Qəmbər və AXCP sədri Əli Kərimli eyni zamanda İP də təmsil olunurlar.

Aqşin KƏRİMOV

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...