Modern.az

“Müsəlman Qardaşları” ayağa qalxır: Misirdə SON DURUM

 “Müsəlman Qardaşları” ayağa qalxır: Misirdə SON DURUM

Təhsil

5 İyul 2013, 11:52


Bu gün Misirdə “Müsəlman Qardaşları” təşkilatı böyük şəhərlərdə aksiyalar keçirəcək. Modern.az xarici KİV-lərə istinadən məlumat verir ki, təşkilatın mətbuat katibi Cihad əl-Həddad bildirib ki, hakimiyyət dəyişikliyi qanunsuz olduğuna görə yeni hakimiyyətlə heç bir danışıq aparılmayacaq. Hakimiyyət dəyişikliyini hərbi çevriliş kimi dəyərləndirən əl-Həddad Mursini və həbs olunmuş digər şəxslərin azad olunmasını tələb edib.

Mursidən əlavə hərbiçilər keçmiş baş nazir Hişam Kandil, “Müsəlman Qardaşları” təşkilatının ali lideri Məhəmməd Badiəni, onun müavini Rəşad əl-Bəyyumi, Heyrət əl-Şətri, “Azadlıq və Ədalət Partiyasının sədri Səəd əl-Katanini və yüzlərlə digər şəxsi həbs edib. Həbslərə baxmayaraq, azadlıqda olan “Müsəlman Qardaşları” təşkilatının rəhbərliyi hakimiyyətə qarşı heç bir çağırış etmir. Onlar Misirdə demokratiya tərəfdarı olduqlarını bildirərək, Mursinin Misirdə demokratik yolla seçilmiş ilk prezident olduğunu bildirilər. Bununla yanaşı, Misir hərbçilərinin qısa müddət ərzində mülki hökumət formalaşdırmaq cəhdi uğursuzluqla nəticələnib.

BMT-nin atom enerjisi üzrə xüsusi agentliyinin keçmiş rəhbəri Məhəmməd əl-Baradey hökümətə rəhbərlik etməkdən imtina edib. Hazırda Londonda yaşayan və Misir Mərkəzi Bankının keçmiş rəhbəri Fərrux əl-Uqda ilə hökumətə başçılıq etməsi barədə danışıqlar aparılır. Bununla bərabər, hələ də Misirdə vətəndaş müharibəsinin baş vermə təhlükəsi qalır. Belə ki, dünən gecə saatlarında Sinay yarımadasında yerləşən Misir qoşunlarının döyüş postuna hücum baş verib. 1 hərbiçinin öldürüldüyü, 3 hərbiçinin yaralandığı aksiyanın kim tərəfindən törədildiyi araşdırılır. Misir komandanlığının məlumatına görə, hücum edənlərin saytı bir neçə yüz nəfər olub. Ehtimal olunur ki, hücumun arxasında radikal islamçı təşkilatlar dayanır.

Vüqar İsmayılov   

Sizə yeni x var
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...