Modern.az

Sanksiyalar üzrə xüsusi nümayəndə İrəvandadır - FOTO

Sanksiyalar üzrə xüsusi nümayəndə İrəvandadır - FOTO

Dünya

25 May 2023, 16:56

Avropa İttifaqının sanksiyaların tətbiqi üzrə xüsusi nümayəndəsi David O'Sallivan Ermənistana səfər edib.

 

Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, o, İqtisadiyyat Nazirliyinə baş çəkib və nazir Vahan Kerobyanla görüş keçirib.

 

Nazirliyin açıqlamasında bildirilib ki, Vahan Kerobyan və David O'Sallivan müxtəlif mövzuları müzakirə ediblər.

 

Açıqlamada Rusiya qarşı sanksiyalara riayət etmək məsələsi göstərilməyib.

 

Xüsusilə qeyd olunub ki, Kerobyan və O'Sallivan Ermənistan və Aİ arasında ticarət-iqtisadi əlaqələrin gücləndirilməsi, Aİ ölkələri ilə ticarətin genişləndirilməsi, iqtisadi sahədə dialoqun davam etdirilməsi məsələləri barədə fikir mübadiləsi aparıblar.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ağadadaş Ağayevi döyən şəxs saxlanıldı