Modern.az

Abbas Abbasov Moskvadakı mer seçkisində Sobyaninə dəstək verdi

Abbas Abbasov Moskvadakı mer seçkisində Sobyaninə dəstək verdi

Təhsil

5 İyul 2013, 12:57

Rusiya Azərbaycanlılarının Federal Milli-Mədəni Muxtariyyəti (“AzerRos”) Moskva meri ilə bağlı seçkidə hazırkı şəhər rəhbəri Sergey Sobyanini dəstəkləmək qərarına gəlib.

Modern.az saytı bildirir ki, Moskvanın “Qız Qalası” mərkəzində “Naşa Rossiya” Ümumrusiya İctimai Hərəkatının Moskva meri vəzifəsini müvəqqəti icra edən Sergey Sobyaninin dəstəklənməsinə həsr olunmuş iclasında “AzərRos” prezidenti Asif Məhərrəmov da iştirak edib.

“Naşa Rosiya” hərəkatının lideri Kamilcan Qələndor İctimai Hərəkatın bəyanatını  oxuyub. Bəyanatda qeyd olunur ki, “millətlərarası məsələlər Moskvada çox ciddidir və şəhər həyatının bütün sahələrinə - iqtisadiyyatdan tutmuş məişət həyatına qədər hər şeyə təsir göstərir. Təbii ki, belə olan halda Moskvanın problemlərinin həllində milli azlıqların nümayəndələrinin sözdə yox, əməldə yardım etməsi vacibdir”.

“Moskva bizim şəhərdi və şəhərin böyük, yaxid kiçik sayılan problemləri bizim problemlərdir. Biz problemlərin şəhərimizi yaxşı tanıyan, Moskvanın spesifikilyini başa düşən və fəaliyyəti ilə özünü təsdiq etmiş şəxsin başçılığı altına həll olunmasını istəyirik. “Naşa Rossiya” Ümumrusiya ictimai hərəkatı ictimai təşkilatların, milli-mədəni muxtariyyətlərin rəhbərliyinə, miqrant təşkilatlara, icma nümayəndələrinə, dini-mədəni birliklərə müraciət edərək Sergey Sobyanin Moskva meri vəzifəsinə namizədliyini dəstəkləməyə çağırır”-deyə sənəddə vurğulanıb.         

Moskvadakı Rusiya Azərbaycanlılarının Federal Milli-Mədəni Muxtariyyətinin (“AzerRos”) Ağsaqqallar Şurasına Azərbaycan baş nazirinin keçmiş 1-ci müavini Abbas Abbasov sədrlik edir.

Vüqar İsmayılov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...