Modern.az

46 yaşlı müəllim çayxanada öldü

46 yaşlı müəllim çayxanada öldü

25 May 2023, 22:41

Qax rayonunda çayxanada ölüm hadisəsi baş verib.

 

Modern.az "Report"a istinadən xəbər verir ki, hadisə şəhər ərazisindəki çayxanalardan birində qeydə alınıb.

 

Belə ki, şəhər sakini, 1977-ci il təvəllüdlü İlham Adil oğlu Nəzərovun çayxanada çay içən zaman qəfildən halı pisləşib. Hadisə yerinə Təcili Tibbi Yardım Stansiyasının briqadası çağrılıb.

 

Amma o, xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Qeyd edək ki, İlham Nəzərov Qax Uşaq İncəsənət məktəbində müəllim kimi çalışırdı.

 

Onun hansı səbəbdən öldüyü hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi