
Milli Şuranın prezidentliyə vahid namizədi, kinodramaturq Rüstəm İbrahimbəyovun Rusiya vətəndaşlığından imtina etməsi ilə bağlı məlumat yayılıb. Musavat.com-ın əldə etdiyi məlumata görə, R.İbrahimbəyov dünən Rusiya vətəndaşlığından imtina edib.
Modern.az saytı məlumatı dəqiqləşdirmək üçün Milli Şuranın üzvü Zəfər Quliyevlə əlaqə saxlayıb. Zəfər Quliyev məlumatı təkzib etməsə də, bundan xəbərsiz olduğunu deyib. Ancaq Milli Şura üzvü bildirib ki, R.İbrahimbəyovun belə bir niyyəti var idi.
“Bu məsələni gərək özüm dəqiqləşdirəm. Bilirəm onsuz da belə bir niyyəti var idi. Konkret bu faktla bağlı başqa əlavə heç nə deyə bilmərəm”.
Qeyd edək ki, R.İbrahimbəyov və eləcə də tərəfdarları mətbuata açıqlamalarında onun Rusiya vətəndaşı olmadığını bəyan edirdilər.
Anar RÜSTƏMOV