Modern.az

Rüstəm İbrahimbəyov: “İmtina etmişəm”

Rüstəm İbrahimbəyov: “İmtina etmişəm”

Təhsil

5 İyul 2013, 14:23

Müxalifətin yaratdığı Milli Şuranın prezident seçkilərindəki vahid namizədi Rüstəm İbrahimbəyov dünən Rusiya vətəndaşlığından rəsmi şəkildə imtina etdiyini təsdiqləyib.  R.İbrahimbəyov virtualaz.org saytına açıqlamasında  bu qərarının motivləri barədə danışıb.

R.İbrahimbəyovun sözlərinə görə, bu addımı onun qarşıdan gələn prezident seçkilərindəki iştirak qərarı ilə bağlıdır: “Mən həmişə Azərbaycan vətəndaşı olmuşam. Ölkədən heç vaxt çıxıb getməmişəm. Mənim Azərbaycanda teatrım olub. Bir sözlə, mən öz yaradıcılıq işlərimi həmişə Azərbaycanda davam etdirmişəm”.

R.İbrahimbəyov sözlərinə onu da əlavə edib ki, Rusiya pasportu ona SSRİ-dən miras qalıb.

R.İbrahimbəyov “Azərbaycanda ikili vətəndaşlıq qadağandır, siz bu məsələni hüquqi nöqteyi-nəzərdən hansı yolla qaydaya salmağa hazırlaşırsınız” sualına belə cavab verib: “Azərbaycan qanunları ikili vətəndaşlığa qadağa qoymayıb. Mən sadəcə olaraq seçkilərdə iştirak etmək qərarımla bağlı Rusiya təbəəliyindən imtina etməyə qərar vermişəm”. 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...