Modern.az

Sergey Məlikov İlham Əliyevə məktub YAZDI

Sergey Məlikov İlham Əliyevə məktub YAZDI

Aktual

26 May 2023, 13:46

Rusiya Federasiyasının Dağıstan Respublikasının rəhbəri Sergey Məlikovdan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub göndərib.

 

Modern.az xəbər verir ki, məktubda deyilir:

 

“Hörmətli İlham Heydər oğlu!

 

Sizi və qardaş Azərbaycan xalqını qarşıdan gələn milli bayram – Müstəqillik Günü münasibətilə təbrik edirəm.

 

Ölkəniz ildən-ilə dövlətçiliyin möhkəmlənməsi və cəmiyyətdə sabitliyin təmin olunması yolunda inamla irəliləyir, iqtisadi potensialını gücləndirir, əsrlər boyu xalqlarımızı birləşdirən həqiqi dostluq, yaxın və mehriban qonşuluq, həmçinin qarşılıqlı etimad üzrə çoxəsrlik ənənələri artırır.

 

Sizin müdrik rəhbərliyinizlə həyata keçirilən ardıcıl dəyişikliklər və struktur islahatları respublikanın sakinlərinin rifahının təmin olunmasında yüksək nailiyyətlərin əldə edilməsinin etibarlı bünövrəsidir.

 

Dağıstanlılar adından və şəxsən öz adımdan Dağıstanın Xalq şairi, bütün dünyada insanların qardaşlığını tərənnüm edən Rəsul Həmzətovun 100 illiyinə həsr olunmuş bir sıra əhəmiyyətli tədbirlərin respublikanızda keçirilməsinə görə təşəkkürlərimi qəbul edin. Ümidvaram ki, Rusiya və Azərbaycan xalqlarının rifahı naminə bizim çoxşaxəli qarşılıqlı fəaliyyətimiz gələcəkdə də inkişaf edəcək.

 

Hörmətli İlham Heydər oğlu, icazə verin, Sizə möhkəm cansağlığı və işlərinizdə böyük uğurlar, Azərbaycana isə tərəqqi və rifah arzularımı bildirim”.

Twitter
Sizə yeni tvit var
Keçid et
Azərbaycanlı tələbə TRAMPIN vurulmasını lentə aldı