Akademiyanı fərqlənmə diplomu ilə bitirmiş polis baş leytenantı Vüqar Nağıyev onlara göstərilən diqqət və qayğıya görə, ölkə başçısına və DİN rəhbərliyinə və professor- müəllim heyətinə minnətdarlığını bildirib.
Daxili işlər naziri, general-polkovnik Ramil Usubov 2012-2013-cü tədris ilinin buraxılışı münasibətilə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təbriklərini və ən xoş arzularını mərasim iştirakçılarına çatdırıb, Azərbaycan Polisinin yaranmasının 95 illik yubileyinə həsr olunmuş mərasimdə dövlət başçısının iştirakının və proqram xarakterli nitq söyləməsinin, asayiş keşikçilərinin cinayətkarlıqla mübarizə, ictimai təhlükəsizliyin, əmin-amanlığın, sabitliyin təmini yönündəki fəaliyyətini növbəti dəfə yüksək qiymətləndirməsinin qürurverici məqam, daxili işlər orqanlarına göstərilən ali diqqət və qayğının bariz nümunəsi olduğunu bildirib, bunun şəxsi heyəti böyük uğurlara ruhlandırdığını, eyni zamanda, onun qarşısında daha məsul vəzifələr qoyduğunu vurğulayıb.
Nazir qeyd edib ki, ölkədə sabitlik bərqərar olub, kriminogen durum tam nəzarətə götürülüb.
Nazir ölkə Prezidenti İlham Əliyevin kadrların hazırlanması işinə hər zaman xüsusi önəm verdiyini, nitq və çıxışlarında gənc kadrların hazırlanması prosesini gələcəyimizi şərtləndirən mühüm amillərdən biri kimi vurğuladığını xatırladıb. Qeyd olunub ki, xarici dövlətlərin hüquq-mühafizə strukturları ilə əməkdaşlıq çərçivəsində hər il onlarca gənc Türkiyənin Polis və Hərbi akademiyalarına, Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin hüquq universitetlərinə, Böyük Britaniyanın, Çin Xalq Respublikasının və digər dövlətlərin nüfuzlu ali məktəblərinə təhsil almağa göndərilir. Kadr hazırlığı prosesinə xüsusi diqqət və qayğının nəticəsidir ki, indi orta və böyük rəis heyəti vəzifələrində xidmət edən ali təhsilli əməkdaşların tərkibində hüquqşünasların xüsusi çəkisi 80 faizədək yüksəlib. Müdavimlərin beş il Polis Akademiyasında mükəmməl təhsi aldıqlarını, müxtəlif biliklərə yiyələndiklərini nəzərə çatdıran nazir bu bilik və vərdişlərin praktikada uğurlu tətbiqinə, Azərbaycan Polisinin gələcəyi olan məzunların DİO-nun ən yaxşı ənənələrini davam etdirəcəklərinə əminliyini bildirib, onlara vətənə məhəbbət, dövlətə sədaqətlə xidmət etməyi və Prezidentin ətrafında hər zaman sıx birləşməyi tövsiyyə edib, çətin və şərəfli fəaliyyətlərində uğurlar arzulaıyıb.
Sonra daxili işlər naziri Polis Akademiyasını fərqlənmə ilə bitirmiş məzunlara diplomları təqdim edib.
Akademiyanı fərqlənmə diplomu ilə başa vurmuş Elnur Mustafayev rəmzi xatirə lövhəsini yaş kötüyünə vurub. Daha sonra Akademiyanın döyüş bayrağı dördüncü kurs müdavimlərinə təhvil verilib. Müdavimlər «Azərbaycan Polisi» marşını ifa ediblər. Tədbir şəxsi heyətin nizami addımlarla tribunanın qarşısından keçməsi ilə başa çatıb.
Modern.az