Modern.az

İlin sonuna kimi 100 min sayğac quraşdırılacaq – “Azərsu”

İlin sonuna kimi 100 min sayğac quraşdırılacaq – “Azərsu”

Aktual

26 May 2023, 16:00

Bu gün 40 min bağ evində kanalizasiya xətti varsa, 5 manat, yoxdursa 3, 50 manat ödəyir.

 

Modern.az xəbər verir ki, bunu "Azərsu " ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Anar Cəbrayıllı deyib.

 

Onun sözlərinə görə, 2023-cü ilin sonuna qədər 100 minə yaxın sayğacın quraşdırılması nəzərdə tutulur: 

 

"Bu gün hələlik abonentlərimizin 11%-i sayğacla təmin olunmayıb. Sayğaclarla bağlı ən çətin durum Bakıətrafı ərazilərdədir. Paytaxtın Türkan və Zirə qəsəbələrində sayğaclara baxışla bağlı vəziyyət çətindir. Çünki sayğaclar darvazaların içərisində yerləşir".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Azərbaycandan Ermənistana çagırış-Bakıya gəlin!