“Seçki qərargahının rəhbərinin müəyyən olunması İcra Aparatına tapşırılıb”-
“Milli Şuranın vahid namizədinin seçki qərargahının rəhbərinin müəyyən olunması ilə bağlı işlər sədr Rüstəm İbrahimbəyov tərəfindən İcra Aparatına tapşırılıb”.
Bu barədə
Modern.az-a Milli Şuranın İcra Aparatının rəhbəri Eldar Namazov seçki qərargahının yaradılması ilə bağlı qərarı şərh edərkən bildirib.
Onun sözlərinə görə Milli Şura sədri və vahid namizəd Rüstəm İbrahimbəyov İcra Aparatına seçki qərargahının yaradılması ilə bağlı tapşırıqlar verib.
“İndi həmin qərargahın yaradılması ilə bağlı siyasi partiya, ictimai qurumlar və ziyalılarla müzakirələr aparılır. Bu istiqamətdə xüsusi bir işçi qrupu da formalaşıb və bu məsələ ilə məşğul olur” deyə E.Namazov qeyd edib. Deyib ki, qarşıda olacaq növbəti sessiyada komissiya və komitələrin, seçki qərargahının yaranması ilə bağlı müzakirələr keçiriləcək.
“Seçkilərə starta bir ay qalmış, təxminən iyul ayının 15-nə qədər bu prosesi başa çatdırmaq əzmindəyik”.
Aqşin KƏRİMOV