Modern.az

Keçmiş əri Gültəkin Hacıbəyli ilə bağlı BƏYANAT verdi

Keçmiş əri Gültəkin Hacıbəyli ilə bağlı BƏYANAT verdi

Təhsil

5 İyul 2013, 15:35

Sabiq deputat, Milli Şuranın üzvü Gültəkin Hacıbəylinin keçmiş həyat yoldaşı Mahmud Mehdiyev mətbuatda haqqında yayılan məlumatlarla bağlı bəyanat yayıb. Bu barədə Modern.az-a M.Mehdiyev özü məlumat verib.

“Bəzi KİV-lərdə keçmiş həyat yoldaşım Gültəkin Hacıbəyli və onun təmsil olunduğu “Milli Şura” guya Nəsimi rayon Məhkəməsi tərəfindən atalıq hüququmun bərpa edilməsi və 9 yaşlı oğlum Toğrulun mənim himayəmə verilməsi ilə bağlı qərar çıxarması barədə sensasion xarakterli bəyanatla çıxış ediblər.

G.Hacıbəyli tərəfindən məhkəmənin çıxardığı qərarda göstərilənləri təhrif edərək bu barədə ictimaiyyətə yalan məlumat verməsi məndə təəssüf doğurur.

Bildirirəm ki, Nəsimi rayon Məhkəməsi mövcud qanunvericiliyin tələblərinə müvafiq olaraq oğlumla hər həftənin beş günü saat 16:00-dan saat 21:00-dək görüş vaxtı və hər həftənin şənbə günü saat 20:00-dan növbəti bazar günü saat 11:00-a qədər mənimlə qalması şərtilə görüş vaxtı müəyyən etmişdir.

Qeyd olunanları nəzərə alaraq bəyan edirəm ki, hər bir vətəndaş kimi vaxtilə deputat mandatına sahib olan G.Hacıbəyli də öz növbəsində məhkəmənin qəbul etdiyi qərara hörmətlə yanaşmalı və ictimaiyyət arasında mənim şəxsiyyətimə xələl gətirə biləcək çıxışlarına son qoymalıdır”-deyə bəyanatda qeyd olunub.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...