Modern.az

YAP-dan REAKSİYA: “O, imtina elədi- eləmədi Rusiya vətəndaşıdır”

YAP-dan REAKSİYA:  “O, imtina elədi- eləmədi Rusiya vətəndaşıdır”

Təhsil

5 İyul 2013, 15:38

Hakim Yeni Azərbaycan Partiyası (YAP) Milli Şura sədrinin prezidentliyə namizədi Rüstəm İbrahimbəyovun Rusiya vətəndaşlığından imtina etməsinə münasibət açıqlayıb.

YAP-ın icra katibinin müavini, deputat Siyavuş Novruzov Modern.az-a açıqlamasında R.İbrahimbəyovun Rusiya vətəndaşı olduğunu əvvəlcədən bildiyini deyib.   S.Novruzovun sözlərinə görə, İbrahimbəyov Rusiya vətəndaşı olduğunu gizlədə bilməzdi:

“Bu aydın idi ki, Rüstəm İbrahimbəyov Rusiya vətəndaşıdır. Azərbaycan qanunlarına görə ikili vətəndaşlıq yolverilməzdir. Konstitusiyada qeyd olunur ki, 10 il Azərbaycan ərazisində 10 il daimi yaşayan şəxs namizədliyini irəli sürə bilər. Hamı da şahiddir ki, Rüstəm İbrahimbəyov 2 il Rusiyada yaşayıb, gəlib 2 il burada yaşayıb. Daimi 10 il Azərbaycanda yaşamayıb. O, imtina elədi- eləmədi Rusiya vətəndaşıdır. Bu məsələlər Mərkəzi Seçki Komissiyası baxıb cavab verəcək. Rüstəm İbrahimbəyovun namizədliyi rəsmi qaydada irəli sürülməyib.   SSRİ pasportları hamısı dağılıb. Onda sırf Rusiya dövlətinin pasportudur. Bu adam Rusiya vətəndaşıdır”-deyə YAP rəsmini münasibət bildirib.  

Qeyd edək ki, Milli Şura sədri, prezidentliyə namizəd Rüstəm İbrahimbəyov seçkilərlə əlaqədar Rusiya vətəndaşlığından imtina edib.

  Anar RÜSTƏMOV

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...