Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev respublikamızın qərb bölgəsinə səfəri çərçivəsində Tovuz rayonuna gedib.
Modern.az AzərTac-a əsasən bildirir ki, o, əvvəlcə şəhərin mərkəzindəki Heydər Əliyev parkında mərhum prezidentin abidəsi önünə gül dəstəsi qoyub. Sonra rayon icra hakimiyyətinin başçısı Tofiq Zeynalov Azərbaycan Prezidentinə abidənin yerləşdiyi Heydər Əliyev parkında görülən abadlıq-quruculuq işləri barədə məlumat verib. Parkda sakinlərin və qonaqların istirahəti üçün yaradılan şərait barədə məlumat verilib.
Prezident daha sonra yenidən qurulan Tovuz–Qovlar–Ağbaşlar avtomobil yolunun açılışında iştirak edib. İ. Əliyev yolun texniki göstəricilərini, əvvəlki və hazırkı vəziyyətini, eləcə də rayonda görülmüş tikinti - quruculuq işlərini, həmçinin Gənclər Evinin layihəsini əks etdirən stendlərə baxıb.
“Tovuz rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” 2012-ci il 1 may tarixli Sərəncamına əsasən rayonda görülənişlər barəsində prezidentə ətraflıə məlumat verilib. Bildirilib ki, ümumi uzunluğu 51 kilometr olan Tovuz-Qovlar-Ağbaşlar avtomobil yolunun tikintisinə 2012-ci ilin oktyabrında başlanılıb. Sonrakı dövrdə həmin yolun tikintisi davam etdirilərək başa çatdırılması üçün daha 11,5 milyon manat vəsait ayrılıb. Yenidənqurma işləri zamanı yol yatağına on minlərlə kubmetr torpaq, qum-çınqıl qarışığı yayılıb, 330 min kvadratmetr asfalt-beton örtük salınıb. Həmçinin, layihə çərçivəsində Əhmədabad kəndi ərazisində Zəyəm çayı üzərində uzunluğu 62 metr olan üçaşırımlı körpü də tikilib. Bundan başqa, yol boyunca xeyli sayda su keçidləri tikilib və təmir olunduğu da bildirilib.
İlham Əliyev yolun rəmzi açılışını bildirən lenti kəsib. Dövlət başçısı görülən işləri yüksək qiymətləndirib.
Modern.az