Modern.az

İlham Əliyev Tovuzdan sonra Qazaxa səfər edib

İlham Əliyev Tovuzdan sonra Qazaxa səfər edib

Təhsil

5 İyul 2013, 18:24

İyulun 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tovuza səfərini başa çatdıraraq Qazax rayonuna gəlib. Dövlət başçısı əvvəlcə görkəmli dövlət xadimi Heydər Əliyevin Qazax şəhərinin mərkəzində ucaldılmış abidəsi önünə gül dəstəsi qoyub.
Rayon icra hakimiyyətinin başçısı Ayaz Əsgərov Prezident İlham Əliyevə məlumat verib ki, abidənin yerləşdiyi 4 hektarlıq parkın yenidən qurulmasına 2012-ci ildə başlanıb, ərazinin yarısında bərpa işləri həmin il başa çatdırılıb. Qalan iki hektar sahə isə bu il abadlaşdırılıb. Burada sakinlərin istirahəti üçün bütün lazımi şərait yaradılıb.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...