Ukraynalı ordusunun hərbçiləri ABŞ-ın "M1 Abrams" tanklarında təlimlərə başlayıb.
Modern.az xəbər verir ki, bu barədə "New York Times" qəzeti məlumat yayıb.
Bildirilir ki, təlimlərdə Ukrayna ordusunun 400 hərbçisi iştirak edir. Hərbçilər müasir döyüş tanklarının idarə edilməsi və onlara qulluq bacarıqlarına yiyələnirlər.
Təlimlər Almaniyanın cənubundakı Grafenvoehr və Hohenfels şəhərlərində keçirilir. Öyrənmə prosesi 10-12 həftə davam edəcək.
Qeyd edək ki, ABŞ Ukraynaya 31 ədəd döyüş tankı verəcəyini bəyan edib.