Modern.az

Elşad Abdullayevdən yeni VİDEO

Elşad Abdullayevdən yeni VİDEO

Təhsil

5 İyul 2013, 20:03

Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayev “Azadlıq.TV”-yə yeni videolent təqdim edib. 7 aprel 2004-cü ildə Elşad Abdullayevin ofisində qeydə alınan videoçəkilişdə, Elşad və Eldəniz Abdullayevlərin Rövşanə Əliyeva ilə danışığı öz əksini tapıb. R. Əliyeva Mahir Abdullayevin geri qaytarılması üçün hazırda həbsdə olan iş adamı Arzu Kazımovun gördüyü işlərdən danışır. R. Əliyeva qeyd edir ki, Mahir Abdullayev sağdır və  daxili işlər nazirinin müavini  Zahid Dünyamalıyev Mahir Abdullayevin axtarışı ilə məşğuldur . A. Kazımov isə  məsələ ilə bağlı generalla tez-tez əlaqə saxlayır. E. Abdullayev isə qeyd edir ki, A. Kazımov və Z. Dünyamalıyev onun əl qolunu bağlayıb: “O gün milli təhlükəsizlik naziri məni yanına çağırmışdı. Zahid Dünyamalıyevlə Arzu yanıma gəldi. Düz gecə saat 12-yə kimi oturdular. İmkan vermədilər ki, nazirlə görüşüm. Saat 12-də Namiq Abbasovun köməkçisi zəng edib dedi ki, belə olmazda 12-yə qədər səni gözləmişik”.
Daha sonra R. Əliyeva A. Kazımov aralarında olan söhbətlər barədə məlumat verir. 53 dəqiqəlik videolentdə bir çox maraqlı məqamlara toxunulur.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...