Modern.az

Elşad Abdullayevdən daha bir VİDEO

Elşad Abdullayevdən daha bir VİDEO

Təhsil

6 İyul 2013, 10:10

Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin (ABU) sabiq rektoru, hazırda Fransada mühacirətdə yaşayan Elşad Abdullayev növbəti sensasion video yayıb. E.Abdullayevin Modern.az-a göndərdiyi gizli video Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi İctimai Təhlükəsizlik İdarəsinin polkovniki Telman Muradov ilə 13.11.2003-cü il tarixində qeydə alınıb. DİN polkovniki Telman Muradovun 15 video-audio faktı prokurorluğa təhvil verilib.

Həbsdə olan “metal alverçisi” Arzu Kazımov və Mahirin istintaq-təhqiqat işini aparan DİN-in birinci müavini general-mayor Zahid Dünyamalıyev məndən Mahirin geri qaytarılması üçün lazım olan pulu aldıqdan sonra  Telman Muradovu dövriyyəyə buraxaraq oyundan kənar qalmaq məqsədi daşıyırdı. Mən Zahid Dünyamalıyevdən soruşdum ki, mən Telmana inana bilərəmmi …!!! ??? Zahid Dünyamalıyev DİN-ində iş otağında mənə cavab verdi ki, Telmana inanmaq lazımdır və qalın iri rəqəmlərlə Telmanın mənə məlum olmayan telefonunu yazıb oturduğu yerdə mənə göstərdi və Telmanın telefon nömrəsini yazdım. DİN-dən çıxan kimi həmin mobil telefona zəng edib Telman ilə görüşdük. Belə başa düşdüm ki, Mahiri Rusiyanın (Dağıstan Respublikasının) əli ilə qaytarmaq istəyirlər, Zahid Dünyamalıyevin təkidi ilə Telmanla müntəzəm danışıqlar apardıq.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...