Modern.az

Bir şəklin tarixçəsi: Misir Mərdanovun jurnalistlərə sonuncu qonaqlığı...

Bir şəklin tarixçəsi: Misir Mərdanovun jurnalistlərə sonuncu qonaqlığı...

6 İyul 2013, 10:53


Həyatda heç nə daimi və əbədi deyil... Bu gün vəzifədəsən, sabah ordan endirilə bilərsən, bu gün varsan, sabah yoxsan... Bu günü və sabahı şəkillərlə müqayisə həmişə olub...

Modern.az saytının Bir şəklin tarixçəsi” rubrikasında təqdim etdiyi bu fotoşəkildə əks olunanların da bəziləri artıq yüksək postda və ya həyatda deyil...

Tarix - 16 iyul 2005-ci il, məkan - Bakıdakı restoranlardan biri... Milli Mətbuat günü münasibəti ilə Təhsil Nazirliyinin keçirdiyi tədbir. Şəkildəkilər hamısı tanınmış simalardır. Lap bu yaxınlaradək - 15 il təhsil naziri kürsüsündə əyləşən Misir Mərdanov jurnalistlərə qonaqlıq verir. Onun yanında mətbuatımızın ağsaqqalı Şirməmməd Hüseynovdur.
Digərləri solda Azərbaycan Jurnalistlər Birliyinin mərhum sədri Hacı Hacıyev, mərhum jurnalist Azad Şərifov, “Oqonyok” jurnalının Cənubi Qafqaz üzrə xüsusi müxbiri Vasif Səmədov, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, sağda BDU-nun  jurnalistika fakültəsinin eks-dekanı Yalçın Əlizadə, telejurnalist Qulu Məhərrəmli və “Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyevdir.

Bəlkə də 8 il öncə mətbuatın dəyəri indikindən daha yüksək idi... İndi hansı nazir jurnalistlərlə bir süfrə arxasında oturmaq təşəbbüsünə düşür? İndi nazirlər buna ehtiyac görmür, jurnalistlər də o səviyyəyə can atmırlar...

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI